Bayram Səfərovdan qalmaqallı villa söhbətinə Qəribə reaksiya
Bayram Səfərovdan qalmaqallı villa söhbətinə Qəribə reaksiya
19 Oktyabr 2016 / 12:34 / Baxış sayı: 1190
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov 4.5 milyon manat dəyərində olan villası ilə yenidən gündəmə gəlib. Lakin bu dəfə məsələ villanın ona məxsus olub-olmaması deyil…
Hələ 2014-cü ildə bu məsələ ilk dəfə gündəmə gəldiyi zaman B. Səfərov mətbuata bir qədər də sərt formada açıqlama verərək bildirmişdi ki, villa almasının heç kimə  dəxli yoxdur: “Gedin işinizlə məşğul olun. Mənim şəxsi işimə qarışa bilməzsiz” deyə, B.Səfərov mediaya  iradını  bildirmişdi.

Bakıpost.az saytının məlumatına görə, 2014-cü ildə B. Səfərov sözügedən villanı ATV-nin keçmiş direktoru, Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı Tağı İbrahimovdan alan zaman 1 milyon manat pulu  əskik ödəyib. Sayt yazır ki, B. Səfərovun pulu kəsməsinə səbəb  alqı-satqı prosesində sənədlərin çatışmazlığı olub.

Belə razılığa gəliblər ki, sənədlər qaydasına salınandan sonra qalan pul ödəniləcək. Lakin aradan iki il vaxt ötməsinə baxmayaraq, nə sənədlər qaydasına düşüb, nə də T. İbrahimov həmin 1 milyondan əl çəkir. Məlumata görə, məsələnin həlli üçün Diaspor Komitəsinin sədri Nazim İbrahimov da dəfələrlə Bayram Səfərovla görüşüb. O, B. Səfərovu inandırmağa çalışıb ki, pul ödəndikdən sonra sənədlər qaydasına düşəcək. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Məsələ ilə bağlı B.Səfərovun  mövqeyini almaq üçün onunla əlaqə saxladıq. B. Səfərovun cavabı yenə qısa oldu: “Başqa iş-gücünüz yoxdur?  Bu məsələ ilə bağlı mənim heç bir mövqeyim yoxdur. Sağ olun…”.

Tağı İbrahimovla isə telefon əlaqəmiz baş tutmadı./musavat.com/



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə