Bayram günü hava isti olacaq
Bayram günü hava isti olacaq
08 Noyabr 2016 / 13:45 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4
Bizimxeber

9 noyabr – Dövlət Bayrağı Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimxeber.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə