Bayden “Rusiya Baltik ölkələrini ələ keçirəcək” dedi, Putin cavab verdi
Bayden “Rusiya Baltik ölkələrini ələ keçirəcək” dedi, Putin cavab verdi
05 Sentyabr 2016 / 16:38 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ vitse-prezidenti Cozef Bayden Latviyaya son səfəri ilə bağlı bəyan edib ki, Baltik ölkələri Rusiyadan “ölümünə qorxur”.

Virtualaz.org xəbər verir ki, Bayden bu haqda Ohayo ştatında demokratların prezidentliyə namizədi Hillari Klintonun seçkiqabağı mitinqində çıxışı zamanı deyib. Bayden respublikaçıların namizədi Donald Trampın hakimiyyətə gəlmək perspektivlərinin də Baltik ölkələrini qorxutduğunu bildirib.

Baydenin dediyinə görə, o, təcili olaraq Baltik ölkələrinə baş çəkib Latviya, Litva və Estoniyanı dəstəkləməli idi, onları inandırmalıydı ki, Tramp bütün Amerikanı təmsil etmir.

“Tramp deyir ki, əgər Rusiya Baltik ölkələrinə müdaxilə etsə NATO-nun onları qoruyacağından əmin deyil. Onlar ölümcül qorxublar. Bunun üçün də səbəbləri var-Rusiya sərhədi keçib onları ilhaq edə bilər, Krımı etdiyi kimi”-Bayden Riqaya səfəri haqda danışarkən deyib.

Xəbər verildiyi kimi Bayden Latviyaya avqustun 23-də səfər edib və Baltik ölkələrini Trampın bəyanatlarına əhəmiyyət verməməyə çağırıb. Deyib ki, Tramp nə danışdığını bilmir.

Rusiyanın Baltik ölkələrinə mümkün müdaxiləsi barədə Putin də danışıb. Ötən həftə o, Vladivostokda “Bloomberg” agentliyinə müsahibəsində bu haqda danışarkən deyib ki, Rusiyanın Baltik ölkələrinə hərbi müdaxiləsi riski barədə deyilənlər “tam sayıqlamadır”.

“Fikrimcə, bütün sağlam düşüncəli insanlar, real siyasətlə məşğul olanlar Rusiya tərəfdən Baltik ölkələrin təhdidlə bağlı deyilənlərin tam sayıqlama olduğunu başa düşür. Biz bəyəm NATO ilə vuruşmağa hazırlaşırıq? NATO üzvü olan ölkələrdə 600 milyon adam yaşayır, Rusiyada isə 146 milyon”-Putin deyib. Rusiya prezidenti ölkəsinin Baltik regionuna nüvə silahından istifadə etməklə hücum ehtimalını da istisna edib.O, deyib ki, Rusiya Qərb sərhədlərində qoşun birləşmələrini “NATO-ya qarşı çəkindirici amil” kimi cəmləşdirir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə