Batumidə Saakaşvili və Gülənin müqəvvaları yandırıldı
Batumidə Saakaşvili və Gülənin müqəvvaları yandırıldı
04 Avqust 2016 / 20:03 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gürcüstanın keçmiş hakim partiyası “Vahid milli hərəkat”ın Batumidəki ofisinin qarşısında keçirilmiş etiraz aksiyasında partiyanın lideri və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin və nurçuların lideri Fətullah Gülənin müqəvvaları yandırılıb.

Gülən aksiya iştirakçıları tərəfindən keçmiş iqtidar partiyasının maliyyələşdirilməsində günahlandırılıb. KİV-in bildirdiyinə görtə, aksiyaya 300-dən çox adam toplaşıb.

“Bizim vətən” hərəkatının nümayəndələri Giya Korkotaşvili və Tristan Sitelaşvili bildiriblər ki, “Vahid milli hərəkat”ın vaxı geridə qalıb və 9 il ərzində ölkədə baş verənləri təkrarlamağa həmin partiyaya imkan verilməyəcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə