Baş qərargah rəisinin müşaviri həbs olunub-TÜRKİYƏ
Baş qərargah rəisinin müşaviri həbs olunub-TÜRKİYƏ
20 Avqust 2016 / 11:37 / Baxış sayı: 532
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib.

“Report” “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, o, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb.

Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə