Baş Prokurorluq və DİN vəzifəli şəxsləri Şirvanda -Partlayışla əlaqədar
Baş Prokurorluq və DİN vəzifəli şəxsləri Şirvanda -Partlayışla əlaqədar
26 İyul 2016 / 18:01 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Şirvan şəhərində baş vermiş partlayışla bağlı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları Şirvan şəhərinə gəlib.  

Bizimxeber.az xəbər verir ki, Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir.

Bundan başqa daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov da Şirvan şəhərinə gəlib.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə