Baş nazirin müavini ilə icra başçısı yanğından əvvəl har idi? – Gecikmiş baxış və ya tamaşa…
Baş nazirin müavini ilə icra başçısı yanğından əvvəl har idi? – Gecikmiş baxış və ya tamaşa…
29 Noyabr 2016 / 14:41 / Baxış sayı: 2240
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatlarını guya ki, öyrənmək məqsədilə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hadisə yerinə baxış keçiriblər.

Onlar yarımtikilidə məskunlaşan Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb. Müəyyən olunub ki, hadisə nəticəsində 10 ailə evsiz qalıb, onlardan bəzilərinin evi tamamilə yanıb. İcra başçısı Arif Qasımov lazım olan bütün tədbirlərin qısa zaman ərzində görüləcəyini bildirib. Ümumilikdə yarımtikilidə 20-dək ailə yaşayır.

Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonunda tikintisi sovet dövründən yarımçıq qalmış yaşayış binasında yanğın baş verib. Yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları – 2005-ci il təvəllüdlü Fərhad, 2007-ci il təvəllüdlü Elşadın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan, onlar xilas ola bilməyiblər.

Bu sözün bitdiyi yerdir… Baş nazirin müavini Əli Həsənov ilə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanğından əvvəl harda idi? Niyə onlar vaxtında nəzarət etməyiblər? Əslində Əli Həsənovu bəlkə də qınamaq olmaz. Zatən onun işinin adı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsidir. Onsuz da bu komitənin rəsmilərini nə qaçqın nə də köçkün maraqlandırmır. Ümumiyyətlə, Azərbaycanda prezident İlham Əliyevdən başqa qaçqın-köçkünlə maraqlanan, dərdinə şərik çıxan yoxdur. 

Həmçinin icra başçısı Arif Qasımov hara baxırdı? Bir ailənin tamamilə yox olması ilə nəticələnən bu hadisənin naləsini kim götürəcək? Kimin ayağına yazaq bunu? Təsəvvür edə bilirikmi bunu? Bir ailə yanaraq kül oldu… Daha 20 ailə eyni faciəni yaşadı…  İllərdir bu məkanda yaşayan məcburi köçkünlər bildirir ki, dəfələrlə aidiyyatı orqanlara, elə Əli Həsənovda da icra başçısına da müraciət ediblər. Heç kim onlara çarə qılmayıb. Yanğından sonra nəyə gedib baxırsız? İndi kimə lazımdı bu tamaşa?

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə