Baş nazir toyda zəhərlənənlərə baş çəkdi-Gürcüstan
Baş nazir toyda zəhərlənənlərə baş çəkdi-Gürcüstan
30 Avqust 2016 / 11:32 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 30-da, gecə saat 02 radələrində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Marneuliyə səfər edib.

APA-nın xəbərinə görə, hökumət rəhbəri Sadaxlı kəndindəki toy mərasimində zəhərlənən azərbaycanlıların yerləşdirildiyi xəstəxanaya baş çəkib. O, zəhərlənmənin səbəbi ilə maraqlanıb.

Baş nazirə məlumat verilib ki, toyda hazırlanan yeməklərdən nümunələr götürülüb və yaxın günlərdə səbəb müəyyənləşdiriləcək. “Biz insanları bu vəziyyətdən çıxaracağıq. Səhiyyə Nazirliyi bu işlə məşğul olur. Yerli klinikalarda səfərbərlik elan olunub. Mən xəstələri ziyarət etdim. Həkimlərin dediyinə görə, vəziyyət o qədər də təhlükəli deyil”, – deyə G. Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Marneuli xəstəxanası zəhərlənmə əlamətləri ilə 150 nəfəri qəbul edib. Xəstələr Tiflis və Rustavi xəstəxanalarına da göndərilib. Kütləvi zəhərlənmənin qida və ya içkidən qaynaqlandığı güman edilir.

*   *   *23:44

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib.

Marneuliyə təcili olaraq Tbilisi və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər.

Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. (APA)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə