Baş məşqçi vəzifəsindən getdi-RÜŞVƏT
Baş məşqçi vəzifəsindən getdi-RÜŞVƏT
28 Sentyabr 2016 / 11:23 / Baxış sayı: 764
Font1 Font2 Font3 Font4
Bizimxeber

İngiltərə yığmasının baş məşqçisi Sem Ellerdaysın millidəki fəaliyyəti başa çatıb. Apasport.az saytının məlumatına görə, rüşvət qalmaqalında adı hallanan mütəxəssislə İngiltərə Futbol Assosiasiyası müqaviləni qarşılıqlı şəkildə pozmağa razılaşıb.

İngiltərə yığmasını 4 oyuna Qaret Sautqeyt çıxaracaq. O, Malta, Şotlandiya, Sloveniya və İspaniya ilə görüşlərdə baş məşqçi vəzifəsini icra edəcək. Bu müddətdə assosiasiya yeni çalışdırıcı axtarışını yekunlaşdıracaq. Artıq bu vəzifəyə 2 namizədin adı bəllidi. Bunlar italiyalı Roberto Mançini və fransalı Loran Blandı.

Qeyd edək ki, Ellerdaysı rüşvətxorluqda “The Daily Telegraph” nəşri günahlandırıb. Nəşrin əməkdaşları özlərini asiyalı biznesmen kimi qələmə verərək, Ellerdaysa İngiltərə “transfer bazarı”nda fırıldaqla pul qazanmaq istədiklərini bildiriblər. Məşqçi ilə danışıq kameraların yaddaşına həkk olunub.

61 yaşlı mütəxəssis 518 min dollar qarşılığında onlara kömək etməyə razılıq verib. O, bu yolla İngiltərə Futbol Assosiasiyasının üçüncü şəxslərə idmançıların iqtisadi hüquqlarına sahib olması ilə bağlı qadağadan yan keçməsinə yardımçı olmalı idi. Görüş zamanı Ellerdays yığmadakı sələfi Roy Hocsonu, həmçinin futbol assosiasiyasını tənqid edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə