Baş bankirin Avstriya rüşvəti: o pulları xalq ödəyəcək – Təfərrüat
Baş bankirin Avstriya rüşvəti: o pulları xalq ödəyəcək – Təfərrüat
14 Sentyabr 2016 / 13:12 / Baxış sayı: 1022
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mərkəzi Bank sədri, manatın devalvasiyasında etinasız məmur Elman Rüstəmovun rüşvət qalmaqalı yenidən gündəmə gələ bilər

Avstriya prokurorluğun sənədlərinə əsasən, pul çapı üçün kontraktı qazanmaq məqsədilə Azərbaycan rəsmilərinin ofşor bank hesablarına, daha sonra isə Suriyanın Mərkəzi Bankındakı hesablara 14 milyon avro (və ya 18 milyon dollar) köçürülüb.

Bu rüşvət skandalı ilə bağlı Avstriya məhkəməsində proses olub. E.Rüstəmovun beynəlxalq miqyasda rüşvət ittihamında adı hallanıb.

Amma baş bankir məsələni ört-basdır etmək və medianın gündəmindən çıxarmaq üçün müəyyən danışıqlara getmişdi. Ölkənin nüfuzlu media orqanları ilə anlaşmadan sonra Avstriya məhkəməsi qəfildən gündəmdən çıxdı.
Məhkəmə prosesi başa çatmayıb və baş bankirin rüşvət işi yenidən gündəmə gələ bilər. Doğrudur, ona qarşı rəsmi ittiham irəli sürülməyib.

Ancaq rüşvət əməliyyatında Rüstəmovun adı keçir. Avstriya məhkəməsi isə işi istintaqa qaytara və baş bankirlə bağlı xüsusi qərardad çıxara bilər.

Qeyd edək ki, Qərb mətbuat bu məsələni xüsusi işıqlandırıb. 2005-ci ilin dekabr günlərindən birində, dan yerinin sökülməsinə bir-iki saat qalmış Avstriya Mərkəzi bankının mavixalatlı işçiləri 30 milyonluq əskinasları taxta paletlərin üstünə döşəməyə başladılar.

Onlar Azərbaycan valyutası olan manat əskinaslarını, bu yükdən xəbərdar olanların dediklərinə görə, 38 tonluq maşınlara yükləyirdilər. Nömrəsiz BMW avtomobillərində polislərin müşayiət etdiyi bu karvan Vyananın çoxəsrlik tarixi olan kilsələrinin və Habsburq saraylarının yanından ötərək Slovakiya sərhədini keçdi və Bratislava aeroportuna gəldi. Burada sıx bürünmüş paletlər Azərbaycanın Xəzər dənizi sahillərində yerləşən paytaxtı Bakıya uçacaq təyyarəyə yükləndi».

Kit Chellel və Alexander Weber-in «Bloomberg» saytında dərc olunmuş məqaləsinin başlanğıcı detektiv romanlarını xatırlatsa da, materialda söhbət tamamilə real hadisələrdən gedir.

«Bloomberg Markets» jurnalı hələ dekabr ayında yazırdı ki, bu tranş sərt təhlükəsizlik tədbirlərinin müşayiəti ilə baş verən və beynəlxalq pul çapı ilə məşğul olan bazarın başqa tranşlarına bənzəyirdi.

2004-cü ilin sonlarında Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə valyutasının dizaynını dəyişmək qərarına gəlir. OeBS-in satış üzrə direktorlarından xanım Raluca Tanasescu sövdələşməni əldə etmək məqsədilə Bakıya uçur.

Azərbaycanın bank rəsmiləri isə avstriyalılara təklif edirlər ki, pul çapının xərclərinə 20 faiz əlavə olunsun ki, sonradan Azərbaycan tərəfi bu fərqi mənimsəyə bilsin.

Məhkəmə dinləməsində 55 yaşlı Tanasescu etiraf edir ki, rəhbərliyindən icazə aldıqdan sonra bu sövdələşməyə razılıq verib. «Bu pulu Azərbaycan xalqı ödəməli olacaq» –fevral ayında keçirilən məhkəmə dinləməsində prokuror Volkert Sackmann deyib.\politika.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə