Baş ağrıları nədən yaranır?
Baş ağrıları nədən yaranır?
01 Dekabr 2016 / 21:11 / Baxış sayı: 1188
Font1 Font2 Font3 Font4
Bizimxeber

İlk baxışdan baş ağrısı çox da qorxulu görünməsə də, əhval-ruhiyyəni pozur, diqqəti zəiflədir və insan üçün  digər çoxsaylı narahatlıqlar yaradır.

Mütəxəssislər bunu ortostatik hipotenziya adlandırırlar və ilk əlamətləri hiss edən kimi dərman həblərinə üz tutmamağı məsləhət görürlər. Aşağıda sizə baş ağrısının dörd əsas səbəbi haqqında məlumat verəcəyik.

Orqanizmin dehidrasiyası

Baş ağrısının tipik səbəblərindən biri qan dövranının pozulmasına səbəb olan amillərdir. Orqanizmin susuzlaşması damarlarda dövr edən qanın həcmini azaldır, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Nəticədə konsentrasiya aşağı düşür, zəiflik və baş ağrısı başlayır. Beləcə siz baş ağrısının ilk simptomlarını hiss etdinizsə, bir stəkan ilıq su için və dərindən nəfəs alın.

Qaynar su ilə yuyunmaq

Siz tez-tez isti duş qəbul edirsinizsə və başınızı yuyarkən suyun temperaturunu aşağı salmırsınızsa, baş ağrılarınızın tez-tez baş verməsindən şikayətlənməyin. “Qaynar su və isti günəş damarları genişləndirə bilər”,-deyə Texasdan olan tibb elmləri doktoru Şon Tasson bildirib.

Ayaqüstü iş

Uzun müddət ayaqüstə qalmaq arterial təzyiqin tədricən aşağı düşməsinə səbəb olur. Belə halda orqanizm öz işini görür və beyinə göndərilən siqnallar vasitəsilə normallaşdırmağa çalışır. Bu halda əsas olan maksimum dərəcədə hərəkət etməyə çalışmaqdır.

Qanda şəkərin miqdarı

Qlyukoza hüceyrələr tərəfindən enerji yaradılmasında istifadə edilir. Ona görə də onun azlığı orqanizmdə bəzi funksiyaların pozulmasına səbəb olur. Ona görə də siz vaxtında yemək yemədikdə qanda şəkərin miqdarı qəfildən düşə bilər ki, bu da baş ağrılarına səbəb olur. Qanda şəkərin miqdarını normada saxlamaq üçün rasionunuza diqqət edin, vaxtlı-vaxtında qidalanın.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə