“Barselona”ya 200 milyon qazandıran cütlük
“Barselona”ya 200 milyon qazandıran cütlük
17 Noyabr 2016 / 14:28 / Baxış sayı: 840
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yaponiyanın “Rakuten” şirkətinin növbəti 4 ildə “Barselona”nın baş sponsoru olacağını xəbər vermişdik. 2017/18 mövsümünün əvvəlindən qüvvəyə minəcək müqavilənin şərtlərinə görə, klubun formasının üzərində sponsorun adı yazılacaq. 

Buna görə yaponlar hər il Kataloniya təmsilçisinə 55 milyon avro ödəyəcək. Klub İspaniya çempionu olsa 1,5, Çempionlar Liqasını qazansa şirkət tərəfindən daha 5 milyon avro mükafat alacaq. Bununla “Barselona” “Mançester Yunayted”i geridə qoyaraq, futbol tarixinin ən dəyərli sponsorluq müqaviləsinə imza atmış oldu.

Bəs, bu proses necə reallaşıb? İş burasındadı ki, “Rakuten” şirkətinin rəhbərliyi komandanın futbolçusu Xerard Pike ilə dostdu. Bu barədə komandanın prezidenti Xoesp Bartemeu məlumat verib: “2015-ci ilin yayında Pike və Şakira şirkətin prezidenti ilə bizi yeməkdə bir araya gətirdi. Əvvəlcə belə bir plan yox idi. Yemək zamanı gələcək planlardan danışarkən, belə bir fikir irəli sürdülər. Bu da bizi qane etdiyi üçün, qısa zaman ərzində məsələni reallaşdırdıq”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə