“Bankların vətəndaşları bununla hədələməsi şantajdır” — İqtisadçı ekspert
“Bankların vətəndaşları bununla hədələməsi şantajdır” — İqtisadçı ekspert
11 Noyabr 2016 / 22:18 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyilə hədələməsi ilə bağlı şikayətlər var.

Banklar artıq kredit borcunu ödəyə bilməyən şəxsləri hədələməkdən, şantaj etməkdən belə çəkinmirlər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov  danışıb:

“Bankların etdiyi təhdidlərə, şantajlara görə vətəndaşın bir yolu var, dərhal polisə müraciət etməlidirlər. Bankların vətəndaşları təhdid etməsi, qorxutması təbii ki, qanunsuzdur. Vətəndaşlarımız da çox passiv və qorxaqdırlar. Onlara kimsə nəsə deyən kimi qorxuya düşürlər.

Bizdə elə bir fikir var ki, bank dövlətdir. Bank dövlət deyil. Banklar özləri də elə bir ab-hava yaradıblar ki, guya məhkəmələr, polis onların xeyrinə işləyir. Elə bir şey yoxdur. Vətəndaşlar qorxmadan şikayət etsinlər, bu halda banklara qarşı tədbirlər görüləcək və görülür də.

Bankların vətəndaşların borclarına görə iş yerlərinə məlumat verəcəyi barədə mesajlar göndərməsi, onları bununla hədələməsi şantajdır. Bank əqdləri barəsində, bank əməliyyatları barəsində müştəridən başqa digər şəxslərə məlumat verilməsi bank sirrinin pozulmasıdır. Buna görə də, bank qanun qarşısında cavab verməlidir və buna görə dəymiş mənəvi zərəri ödəməlidir. Sadəcə buna görə vətəndaşlar şikayət etməlidir”.\ölkə.az\

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə