Bankların dollar oyunu : Diqqətli olun! – Video
Bankların dollar oyunu : Diqqətli olun! – Video
22 Noyabr 2016 / 10:57 / Baxış sayı: 1562
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini 1.70 səviyyəsində təyin etdiyi halda, bank onlayn köçürmə zamanı 1.64-lə hesablayır. Böyük məbləğlərdə pulun köçürülməsi zamanı isə müştərilər böyük itkilərlə qarşılaşır.

 

Xezerxeber.com xəbər verir ki, eyni bankda olan dollar hesabındakı məbləği manat hesabına köçürmək üçün onlayn valyuta satışı xidmətindən istifadə edən müştərinin pulu azalır.

Yəni müştəri hər 100 dollara görə rəsmi məzənnədən 6 manat daha az pul alır. Əslində isə banklar 100 dolları hətta 177 manata da dəyişməyə hazırdır.

Maliyyə Bazarına Nəzarət Palatasından bildirilir ki, rəsmi məzənnədən yayınma qayda pozuntusudur və vətəndaşın müraciətindən sonra məsələ araşdırılaracaq və lazimi tədbirlər görüləcək. Hüquqşünaslar isə bildirir ki, vətəndaş məhkəmə üsulu ilə də haqqını tələb edə bilər.

Mütəxəssislər bildirir ki, onlayn valyuta satışı və alışını edənlərin bir çoxunun xaricdə olmasından istifadə edən bankların bu addımı sektora inamın azalmasına səbəb olur.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə