“Banklar insanları aldadır” – Milli Məclisdə bank rəhbərləri tənqid olundu
“Banklar insanları aldadır” – Milli Məclisdə bank rəhbərləri tənqid olundu
30 Sentyabr 2016 / 14:54 / Baxış sayı: 1702
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycanda banklar manipulyasiya edib insanları aldadır”. Bunu bu gün Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu xatırladan millət vəkili dollar ifadəsində ödənişi düzgün saymır: “Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır?

Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.

Bizimxeber.az



“Banklar insanları aldadır” – Milli Məclisdə bank rəhbərləri tənqid olundu yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə