Banklar hesabatlarını şişirdir? – İqtisadçı yeni qərarı ŞƏRH etdi
Banklar hesabatlarını şişirdir? – İqtisadçı yeni qərarı ŞƏRH etdi
23 Noyabr 2016 / 16:41 / Baxış sayı: 798
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyası tətbiq edib.

“Banklar haqqında” qanunun 48-ci maddəsinə istunad olunan sanksiyalar əsasən banka yeni filial və şöbələrin açılmasının dayandırılmasını, yeni müştəri hesablarının açılmasının və yeni əmanətlərin cəlb edilməsinin qadağan edilməsini nəzərdə tutur. Məktuba görə, qadağalar yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırıla bilər.

İqtisadçı ekspert Samir Əliyev  palatanın bu qərarını şərh edib. O, belə sərt addımı müsbət qiymətləndirib: “İqtisadi böhran yaranandan sonra banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən yayınırlar. Bu isə həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümədən ekspertlərdə şübhələr yaradırdı. Devalvasiya nəticəsində 13 bankın bağlanması bu şübhələrin əsassız olmadığını bir daha sübut etdi. Bankların hesabatları ictimaiyyətə açıqlaması əhali üçün maraq kəsb etməsə də ekspertlər üçün bank sektorunun mənzərəsini müəyyən etməyə imkan verəcək”.

Samir Əliyev bu müsbət hadisə fonunda bir sıra suallara cavab tapılmasının vacibliyini vurğulayıb: “Əvvəlcə, onu qeyd edim ki, şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün yox, həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır. Mərkəzi Bank 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır, vacib məlumatlar hesabatdan çıxarılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında öz fəaliyyəti barədə hesabata, qəbul etdiyi qərarlara rast gəlmək olmur”.

Samir Əliyev qeyd edib ki, hesabatlardan məlum olur ki, böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər: “Bank qanunvericiliyinin tələblərinə əməl edən, risk menecmentini düzgün quran və nəhayət ictimaiyyətdə “güclü bank” imici olan bankların zərərinin yüksək olması fonunda reputasiyası zədəli olan, adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər. Bu, necə ola bilər? AccessBank, Yapı Kredi Bank Azərbaycan, Xalq bank, bank of Baku, Bank Respublika, Unibank kimi banklar zərər etdiyi halda digər banklar necə mənfəət əldə edə bilər? Əlbəttə mənfəət qazanan bütün bankları nəzərdə tutumuram.

Ümumiyyətlə, bu hesabatlar nə dərəcədə reallığı əks etdirir? Bu gün mənfəət qazanmış bank sabah bağlansa bu, nə dərəcədə məntiqli olacaq? Bu cür suallar çoxdur. Bunların cavablarını da həmin banklar və Palata verə bilər. Amma fikrimcə, xüsusilə 2 sualın cavabı bizə vəziyyəti real qiymətləndirməyə imkan verər:

– Banklar verdikləri kreditlərin qaytarılmama səviyyəsini necə qiymətləndirirlər?

– Problemli kreditlər üzrə ehtiyatları hansı səviyyədə yaradırlar?

Bu iki sualın cavabı banklarımızın vəziyyətini düzgün qiymətləndirməyə, hesabatların dəqiqliyini müəyyənləşdirməyə imkan verəcək. Palatanın bu məsələlərə diqqət yetirməsi yaxşı olardı”.\bakupost\

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə