Banka SİLAHLI BASQIN: Maskalı şəxs qumbara ilə binaya girdi – VİDEO
Banka SİLAHLI BASQIN: Maskalı şəxs qumbara ilə binaya girdi – VİDEO
19 Noyabr 2016 / 15:15 / Baxış sayı: 1278
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Muş bölgəsində bir bank filialına silahlı basqın olub.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, soyğun anbaan təhlükəsizlik kameralarına düşüb.

Görüntülərdən məlum olur ki, əlində silah və qumbara bank filialına girən maskalı şəxs ilk öncə təhlükəsizlik əməkdaşının silahını alır. Daha sonra kassada gözləyən müştəriləri uzaqlaşdıran soyğunçu bank işçilərindən uzatdığı paketə pulları yığmalarını istəyib. İşçilər tərəfindən paketə doldurulan təxminən 10 min TL pulu götürən quldur dərhal bankı tərk edib.

Muş Təhlükəsizlik İdarəsi Asayiş Şöbə Bölməsi əməkdaşlarının istintaq əməliyyatı çərçivəsində bankı soyan şəxsin kimliyi və yeri təyin edilərək ələ keçirilib.

Bizimxeber.az


 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə