“Bank Standard”la bağlı daha bir QALMAQAL
“Bank Standard”la bağlı daha bir QALMAQAL
02 Dekabr 2016 / 14:38 / Baxış sayı: 478
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ləğv edilmiş “Bank Standard”ın işçilərinə əməkhaqlarının verilməsində problem yaşanır.

Bu barədə müraciət edən işçilər bildiriblər ki, onlar əvvəlcə Əmək Məcəlləsinə əsasən, 70 a maddəsi ilə işdən çıxarılıblar. Sonradan isə işçilərə 70 b maddəsi ilə ərizə imzalatdırıblar. İşçilər noyabrın maaşını tam alsalar da, onlara dekabrın maaşının vergi tutularaq veriləcəyini bəyan ediblər. Bu da 300 manata yaxın vergi deməkdir.

Sayt sözügedən problemin qanunvericilikdə necə tənzimləndiyini araşdırıb.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qanunvericiliyə əsasən, əgər işçi Əmək Məcəlləsinə görə, 70 a maddəsi ilə işdən çıxarılırsa, həmin maddəyə əsasən, ona 3 ay kompensasiya verilməli və həmin məbləğdən vergi tutulmamalıdır: “Ancaq bank müqaviləni dəyişdirib və işçilərin də əksəriyyəti o müqavilələri, təəssüf ki, imzalayıb. Normalda işçilərin hamısı qrup halında məhkəmələrə müraciət edib öz haqlarını qorumalı idilər. Təəssüf ki, onlar bunu etməyiblər. Buna görə də onların atdığı imza keçərli sayılır. Bundan sonra həmin işçilərə kompensasiyanın verilməsi yeni müqavilələrə əsasən hesablanacaq”.(qafqazinfo)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə