Bank böhranı – “Rusiya Sənaye Bankı” bağlandı
Bank böhranı – “Rusiya Sənaye Bankı” bağlandı
13 Sentyabr 2016 / 16:21 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Mərkəzi Bankı (RMB) paytaxt Moksvada fəaliyyət göstərən “Rusiya Sənaye Bankı”nın (“Rosprombank”) lisenziyasını ləğv edib. Bu barədə RMB-nin açıqlamasında bildirilir.

Qurum öz qərarını kredit təşkilatının federal qanunlara və RMB-nin normativ aktlarına əməl etməməsi ilə izah edib: “Bank yüksək riskli kredit siyasəti yürüdüb və pul vəsaitlərini aşağı keyfiyyətli aktivlərdə yerləşdirib”.

Hazırda Banka müvəqqəti inzibatçı təyin edilib və müsabiqə yolu ilə ləğvedicinin seçilməsinə hazırlıq gedir.

Xatırladaq ki, “Rosprombank” əmanətlərin sığortalanması sisteminin iştirakçısı olub. Bu il sentyabrın 1-nə Bank aktivlərin həcminə görə Rusiyada 323-cü yeri tutub.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə