“Bank Asya”nın lisenziyası ləğv edildi
“Bank Asya”nın lisenziyası ləğv edildi
23 İyul 2016 / 16:17 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin ən iri banklarından biri olan “Bank Asya”nın (“Asiya Katılım Bankası AŞ”) lisenziyası ləğv edilib.

“Anadolu” xəbər verir ki, Bankların Fəaliyyətini Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin “Hizmet” hərəkatına yaxın sayılan “Bank Asya”nın fəaliyyətində şəffaf olmadığı bildirilir. Sözügedən maliyyə strukturu 1996-cı ildə təsis olunub və ölkə boyunca 180-dən artıq filiala malik idi.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə