bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Bandotdel”in yeni rəisindən – İlk açıqlama

462 oxunma | Tarix: | 3 ay öncə

“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.

O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb: “Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

XƏBƏRLƏR:  “Haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq” – Mövlud Çavuşoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir