Baltik prezidentləri Qarabağ haqda
Baltik prezidentləri Qarabağ haqda
22 Sentyabr 2016 / 16:42 / Baxış sayı: 348
Font1 Font2 Font3 Font4
Bizimxeber

BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyası zamanı Latviya və Estoniya prezidentləri öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyinə də toxunublar.

Virtualaz.org xəbər verir ki, Latviya prezideni Veynois Raymonds çıxışında deyib ki, onun ölkəsi üçün əsas strateji prioritetlərdən biri Avropanın şərq qonşularının təhlükəsizliyidir. “Dnestryanı bölgədə , Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəmdə mühüm yer tutmalıdır”-Veyonis bildirib.

Litva prezidentininin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukraynadakı münaqişənin dinc həllinə nail olmalıdır.

Estoniya prezidenti Tomas Hendrik İlves də BMT-dəki çıxışında Qarabağ məsələsinə yer ayırıbş O, bildirib ki, gücdən istifadəyə qadağa və dövlət sərhədlərinin toxunulmazlığı BMT Nizamnaməsinin ürəyidir. Lakin bu prinsiplər Rusiya tərəfindən kobud şəkildə pozulub. “Ukraynada Rusiya təcavüzü davam edir. Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsi əvvəlki kimi xarici hərbi qüvvələrin işğalı altındadır. Dağlıq Qarabağda və Dnestryanı bölgədə “dondurulmuş” münaqişələr davam edir”-İlves bildirib.

Estoniya prezidenti beynəlxalq hüquqa əməl olunmasını təmin edəcək mexanizm yaratmağa çağırıb, deyib ki, əks halda BMT öz əhəmiyyətini itirəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə