Balqabaq festivalı – Nəhəng bitkiləri kranla qaldırdılar
Balqabaq festivalı – Nəhəng bitkiləri kranla qaldırdılar
04 Oktyabr 2016 / 20:30 / Baxış sayı: 1084
Font1 Font2 Font3 Font4
Bizimxeber

 ABŞ-ın Kaliforniya ştatında ənənəvi balqabaq festivalı maraqlı anlarla yadda qalıb. Yazın əvvəlindən bu tədbirə hazırlaşan kəndlilər becərdikləri nəhəng balqabaqlarla festivala möhür vurmağa çalışıblar.

Festivalda iştirak edən balqabaqların hər birinin çəkisi yarım tona yaxın olub. Təsadüfi deyil ki, balqabaqları festivalın keçirildiyi əraziyə daşımaq üçün qaldırıcı texnikalardan istifadə olunub.

Bu işdə ən çox əziyyəti Ras Qraf adlı fermer çəkib. Onun becərdiyi balqabağın çəkisi nə az, nə çox 822  kiloqramdır. Bu cür nəhəng məhsula görə bütün diqqətləri üzərinə çəkən fermer 1-ci yeri tutmaqla 13600 dollarlıq mükafatı qazanıb.

İlin ən böyük balqabağı sərgilənmək üçün kənara qoyulub. Festivalda nümayiş olunan digər balqaqablar isə qüvvələrini başqa yarışda sınayacaqlar. Bunun üçün həmin bitkilərin içi oyulub və onlardan qayıq hazırlanıb.

Çılğın amerikalılar indi balqabaq qayıqların içində maksimum uzağa üzməyə çalışacaqlar.

 

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə