Baləkənin icra başçısı vəzifədən gedir – Maşınları satışa çıxardılar…
Baləkənin icra başçısı vəzifədən gedir – Maşınları satışa çıxardılar…
11 Noyabr 2016 / 15:21 / Baxış sayı: 2544
Font1 Font2 Font3 Font4
Bizimxeber

Balakənin icra başçısı İslam Rzayevin yaxın vaxtlarda vəzifədən uzaqlaşdırılması gözlənilir. Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, işlədiyi illərdə etimadı doğrulda bilməyən İslam Rzayev artıq vəzifəsini itirəcəyi ilə bağlı məlumatlandırılıb.

Ən imkanlı və böyük biznesə sahib başçılarından sayılan İslam Rzayev bütün yaxın ətrafına diqqətli olmalarını tapşırıb. Bizimxeber.az-a daxil olan məlumatda həmçinin bildirilir ki, İslam Rzayev əmlakını, maşınlarını da satışa çıxarıb. Maşın parkında 10-dan artıq avtomobili olan icra başçısının satışa çıxardığı avtomobil 2013-cü ilin istehsalı “Porsche Cayenne”dir. 45 min dollara satışa çıxarılan avtomobili icra başçısının oğluna sahib imiş. Maşının tez satılması üçün qiymət daha ucuz qiymət seçilib.

Növbəti mərhələdə daha bir “S klass” Mercedes markalı avtomobilləri və bağ evlərini satışa çıxarılacaq. İcra başçısı vəzifədən azad olunana kimi nəzaərtində olan bizneslərini və avtomobillərini dəyişməyi düşünür.

İslam Rzayevin başqa bir rayona icra başçısı təyinatı gözlənilmir.

Daha dəqiq təfərrüatlar yaxın günlərdə…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə