“BakuBus”ın sürücüsü ilə bir-birini döydülər – VİDEO
“BakuBus”ın sürücüsü ilə bir-birini döydülər – VİDEO
14 Sentyabr 2016 / 10:56 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bakıda sürücülər bir-birini döyüb. Qaynarinfo.Az xəbər verir ki, sosial şəbəkədə yayılan videoda 88 saylı və 6 saylı marşrutun sürücüləri arasında insident yaşandığı görünür.  
“BakuBus” şirkətinə aid 6 saylı marşrutun sürücüsü ilə 88 saylı “köhnə avtobusun” sürücüsünün davasını orada olan vətəndaşlar da ayırmaqda çətinlik çəkir.
Videonu yayan mənbə qeyd edir ki, bu davaya görə sərnişinlər bir saata yaxın gözləməli olub. Davaya bir avtobusun digərinin qarşısında durması səbəb olub.
Qeyd edək ki, 6 və 88 saylı marşrut xətlərin Bakı Nəqliyyat Departamentinin lisenziyası əsasında fəaliyyət göstərir.
Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə