“BakuBus”ın avtobusu piyadanı vurdu
“BakuBus”ın avtobusu piyadanı vurdu
26 Oktyabr 2016 / 14:48 / Baxış sayı: 1242
Font1 Font2 Font3 Font4
Bizimxeber

“BakuBus” MMC-nin avtobusu yaşlı qadını vurub. Hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib. 

Belə ki, “BakuBus” MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. 

S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır. Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.

“BakuBus” MMC-nin mətbuat xidmətindən “Report”a fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: “Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb”. Faktla bağlı “BakuBus” MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə