Bako Saakyanın Brüssel səfəri ləğv edildi – Azərbaycandan etiraz
Bako Saakyanın Brüssel səfəri ləğv edildi – Azərbaycandan etiraz
19 Noyabr 2016 / 12:33 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə 16-19 noyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Belçika Krallığındakı Səfirliyimiz tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib.

XİN-dən Bizimxeber.az-a daxil olan məlumata görə, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da bu işdə yaxından iştirak edib. Səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyi, federal və regional qanunverici orqanları və digər müvafiq təsisatlarına çatdırılıb.

Avropa erməni federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfəri geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub.

Bu xüsusda, Ermənistan və erməni lobbisinin əl-altısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin, B.Saakyanın iştirakı ilə “Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi” adı altında 19 noyabr tarixində “Hay Daun” erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da tamamilə ləğv edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə