Bakıya maşın almağa gələn şəxs müəmmalı şəkildəYOXA ÇIXDI
Bakıya maşın almağa gələn şəxs müəmmalı şəkildəYOXA ÇIXDI
19 Oktyabr 2016 / 15:26 / Baxış sayı: 976
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda Kürdəmir sakini itkin düşüb. Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Bağman kənd sakini, 1973-cü il təvəllüdlü Cəbrayılov Vüqar İsrail oğlu oktyabrın 13-də saat 11 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük yaşayış massivində bacısının evindən çıxıb və bir daha geri qayıtmayıb.

Bildirilir ki, V.Cəbrayılov Bakıya maşın almağa gəlib və üzərində 5 min manat olub. Evdən çıxarkən onun əynində göy cins şalvar, qara ayaqqabı, boz rəngli köynək və boz rəngli qolu kəsik kurtka olub. Əməliyyat-axtarış tədbirləri aparılır. Onu görənlərdən 050 772-13-17 və 051 906-35-56 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə