Bakıxanov qəsəbəsində baş vermiş yanğında 10 nəfər zəhərlənib RƏSMİ, YENİLƏNİB
Bakıxanov qəsəbəsində baş vermiş yanğında 10 nəfər zəhərlənib RƏSMİ, YENİLƏNİB
13 Avqust 2016 / 13:31 / Baxış sayı: 944
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

FHN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

*   *   *10:23

Bakıda ticarət mərkəzində yanğın baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yeni açılmış ticarət mərkəzində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, insanlar təxliyə edilib və yanğın söndürülüb.

Ticarət mərkəzinin adı və ünvanı dəqiqləşdirilmir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə