“BakıKart”ı onlayn yükləyəcəyik
“BakıKart”ı onlayn yükləyəcəyik
17 Avqust 2016 / 13:11 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4
Bizimxeber
İnternet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün “BakıKart” kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq.

Bizimxeber.az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: “BakıKart”ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq”.

İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin “BakıKart”ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə