bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bakıdan Batumiyə gedən təyyarə geri döndü – Yenilənib

151 oxunma | Tarix: | 3 ay öncə

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Bu barədə “Buta Airways” xəbər verir.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib. AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda təyyarə hava şəraiti yaxşılaşdığına görə Bakıdan Batumiyə yola düşməyə hazırlaşır: “Sərnişinlər artıq təyyarənin göyərtəsinə minirlər”.

XƏBƏRLƏR:  MTRŞ-dan xəbərdarlıq: “Süni mayalanma reklamları qadağandır”

***

“Buta Airways”in məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir