Bakıdakı sürüşmə sahələri aktivləşdi
Bakıdakı sürüşmə sahələri aktivləşdi
29 Sentyabr 2016 / 13:56 / Baxış sayı: 510
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakı və Abşeron yarımadasındakı Zığ, Masazır və Qaraçuxur sürüşmə sahələrində aktivlik müşahidə olunur”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son günlər yağan yağışlar nəticəsində əksər sürüşmə sahələrində aktivləşmə qeydə alınıb. Ə. Qaralov bildirib ki, yağışlarla əlaqədar Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrində və Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də müəyyən uçqunlar olub.

Ekspedisiya rəisi qeyd edib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun müxtəlif km-də mövcud çatlarda həm ağır tonnajlı maşınların hərəkəti, həm də atmosfer yağıntılarının təsiri nəticəsində genişlənmələr müşahidə edilir: “Eyni zamanda, cənub bölgəsində – Lənkəran-Lerik yolunun 17-19-cu km, 27-29-cu km, 45-47-ci km-də əvvəllər yolda bərpa işləri görülərkən yamacların kəsilməsinin təsirindən müəyyən uçqunlar baş verib”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə