Bakıdakı oteldə 270 kq-lıq ərəb turistin meyiti tapılıb
Bakıdakı oteldə 270 kq-lıq ərəb turistin meyiti tapılıb
11 Avqust 2016 / 16:10 / Baxış sayı: 1160
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son günlər paytaxta və regionlara ərəb ölkələrindən gələn turustlərin sayı durmadan artır. Az qala hər addımbaşı ərəb turistlərə rast gəlinir. Paytaxta qonaq kimi təşrif buyuran, BƏƏ vətəndaşı Almuhanna Muhammed Ali Aminin qaldığı oteldə onun meyiti aşkar edilib.

Ərəb turustin cəsədi Neftçilər prospektində yerləşən “JW Marriott Absheron” mehmanxanasından tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Cəsədin 1953-cü il təvəllüdlü BƏƏ vətəndaşı Almuhanna Muhammed Ali Aminə məxsus olduğu müəyyənləşdirilib.

Çəkisi 270 kiloqram olan ərəb turistin kəskin ürək çatışmazlığından keçindiyi bildirilir. Digər tərəfdən, onun şəkərli diabetdən əziyyət çəkməsi də məlum olub. Ölümündən əvvəl mərhum qarın nahiyəsinə insulin vurub. Onun Azərbaycana tək gəldiyi bildirilir. Hazırda əcnəbinin nəşinin öz ölkəsinə göndərilməsi üçün sənədlər hazırlanır. Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə