Əsas menu

Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq 

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq.

Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər. “Sport 24” telekanalı finalı hava və su nəqliyyatında canlı yayımlamaq hüququna malikdir.

Azərbaycanda finalı “CBC Sport” yayımlayacaq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*