Bakıdakı «avtoş dönər»in arxasında polkovnik dayanırmış –Etiraz – FOTOLAR
Bakıdakı «avtoş dönər»in arxasında polkovnik dayanırmış –Etiraz – FOTOLAR
01 Noyabr 2016 / 13:56 / Baxış sayı: 1652
Font1 Font2 Font3 Font4
Bizimxeber
Yaşayış binasının həyətinə gedən yol zəbt edərək dönərxana açıblar

Bakının Səbail rayonu ərazisində fəaliyyət göstərən «avtoş dönər» kimi tanınan obyekt Dövlət Sərhəd Xidmətində çalışan polkovnik rüttbəli zabitin imiş. Bu barədə Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dönərxananın yerləşdiyi ərazi isə orada yaşanları əməlli-başlı narahat edib.

Bununla bağlı Rəsul Rza küçəsi 19 saylı binada yaşayan sakinlər daxili işlər naziri Ramil Usubova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, səhiyyə naziri Oqtay Şirəliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şikayət məktubu da ünvanlayıblar. Lakin dönərxana hələ də oradadır.

Təqdim olunan fotolardan da göründüyü kimi, obyekt binaya daxil olmaq üçün nəzərdə tutulan yoldadır. DSX-da işləyən polkovnik isə yolun yarısını ələ keçirərək taxta lövhələrdən köşk tikdirib və dönərxana açdırıb. Rəsmən öz adına olmasa da, bu obyektlə bağlı hər hansı problem yarananda polkovnik özünü irəli verir. İnsanların yolunu kəsən zabitin kimliyi barədə sonrakı yazılarda məlumat verəcəyik. İndi isə sakinlərin aidiyyatı qurumlara yazdığı müraciətə nəzər salaq. Bu müraciətdə həmin dönərxananın yaratdığı təhlükəli vəziyyət və ətrafa vurduğu zərər barədə çox gözəl izah verilir:

Bildiririk ki, biz Bakı şəhəri, Rəsul Rza küçəsi 19 saylı binada yaşayırıq. Lakin həmin binanın altında qeyri-qanuni fəaliyyət göstərən yeməkxananın (dönər də satılır) olması binamız üçün ciddi təhlükə törətməkdədir. Aşağıda sadalanan sahələr üzrə kafenin məhz yaşayış binasının altında fəaliyyət göstərməsi qətiyyən yolverilməzdir və bu hal bina sakinlərinin hüquqlarının kobud şəkildə pozulmasıdır:

– yeməkxana 24 saat fəaliyyət göstərdiyindən bina sakinlərinin asayişi pozulmaqdadır. Yeməkxanaya gələn müştərilərin xüsusən də gecə vaxtı yaratdığı səs-küy, maşın siqnalları,təhqiramiz ifadələri insanları çox ciddi narahat edir.

– qəza təhlükəsizliyi baxımından yaşayış binasının altında yeməkxananın fəaliyyəti ciddi təhlükədir. Çünki qazdan, yaxud oddan istifadə zamanı baş verə biləcək ehtiyatsızlıq nəticəsində binanın bütövlükdə alovlanması, habelə insan itkisi qaçılmazdır.

– müxtəlif yeməklərin bişirilməsi nəticəsində havaya çoxlu miqdarda çirkli tüstü buraxılır və bu tüstü birbaşa binadakı mənzillərə yayılmaqla insanların sağlamlığına mənfi təsir edir və sakinlər gün ərzində ekologiyanı korlayan çirkli havanı qəbul etmək məcburiyyətində olurlar.

– gündəlik şahidi oluruq ki, yeməkxanada sanitariya və gigiyena normalarına heç bir formada əməl olunmur, bu anti-sanitariya nəticəsində sakinlərin sağlamlığı böyük təhlükə altındadır. Binanın həyəti son zamanlar zibilxanaya çevrilib, siçovullar və tarakanlar məskəninə dönüb.

– xarici görünüş baxımından binanın altında yeməkxananın olması həm binanın arxitekturasını korlayır, həm də təyinatına uyğun deyil».

Bütün bunları nəzərə alaraq sakinlər binanın altında yerləşen kafelerin qanunsuz fəaliyyətinə son qoyulması üçün aidiyyəti üzrə tədbir görülməsini xahiş edirlər.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə