Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyyə edildi YENİLƏNİB, FOTO
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyyə edildi YENİLƏNİB, FOTO
26 İyul 2016 / 9:44 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bizimxeber.az  FHN-in saytına istinadən bildirirki, Bakının Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı binanın 8-ci mərtəbəsində yaşayan bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın s söndürülüb.

*   *   *23:22

Təxminən bir saat əvvəl Bakının Yeni Günəşli qəsəbəsi, massiv “V”, bina 1 ünvanında yanğın başlayıb. Binanın 5-ci mərtəbəsindəki mənzildə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bir neçə dəqiqə əvvəl modern.az saytına açıqlamasında bildirib ki, yanğın 9 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib: “2 otaqlı, 50 kvadratmetrlik mənzil tamamilə yanıb. Tüstü bloka dolduğundan bina sakinləri təxliyyə edilib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğının södürülüməsi davam etdirilir. Yanğın səbəbi araşdırmalardan sonra açıqlanacaq”.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə