Bakıda uşaq bağçasının açılışı oldu
Bakıda uşaq bağçasının açılışı oldu
01 Sentyabr 2016 / 13:32 / Baxış sayı: 946
Font1 Font2 Font3 Font4
Bizimxeber

 

 Bizimxeber.az saytına verilən məlumata görə,  1 sentyabr 2016-cı il tarixdə Nərimanov rayonu, F.X.Xoyski prospekti 111A ünvanda yerləşən, Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək “Modern Baby” körpələr evi–uşaq bağçasının açılışı olub.

Açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, təhsil kompleksinin rəhbərliyi, valideynlər və rəsmi qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən körpələr evinin direktoru Mina Əliyeva məlumat verərək bildirib ki,bağçada 3 yaşdan 6 yaşadək 150 uşaq 10 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.M.Quliyeva yaradılan şəraitə görə respublikamızın prezidenti cənab İlham Əliyevə bağçanın işçi heyəti və valideynlərin adından dərin minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlarınatıldığını qeyd edib və bunun günü-gündən inkişaf edən dövlətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və istedadlı kadr potensialının formalaşmasına xidmət edərək daim diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev son illərdə istər regionlarımızın, istərsə də paytaxtımızın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.

Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov dövlət səviyyəsində təhsil sisteminə göstərilən qayğıdan danışmış, Azərbaycanın təhsil sistemində son illərdə əldə olunan uğurları xüsusilə vurğulayıblar.

Məlumat verilib ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Məktəbində Azərbaycan, rus və ingilis dillərində həyata keçirilən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.

Daha sonra açılış mərasimində iştirak edənlər sözügüdən məktəbəqədər təhsil ocağının binasının rəmzi açılışını bildirən lenti kəsərək burada yaradılan şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları, kino, akt, idman və gimnastika zalları, hovuz və yeməkxana mövcuddur.

Həmçinin, uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb. Burada uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.

Bizimxeber.az

 DSC_0025 DSC_0032 DSC_0050 DSC_0075 DSC_0083 DSC_0096 DSC_0099 DSC_0105 DSC_0119 DSC_0124 DSC_0129

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə