Bakıda türməyə poçtla 2 telefon göndərildi
Bakıda türməyə poçtla 2 telefon göndərildi
22 Avqust 2016 / 14:55 / Baxış sayı: 518
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Timurbulatov Timur Vladimiroviçə tanışı, vətəndaş Səfərov Cəbi tərəfindən poçt vasitəsi ilə göndərilən banderoldakı 2 dəst başmaqlığın daban hissəsindən xüsusi üsulla gizlədilmiş “Nokia” və “Samsung” markalı mobil telefon aparatları və 31 həb dərman preparatı aşkar edilərək götürülüb.

Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə