Bakıda tanklar və zirehli texnika – FOTOLAR
Bakıda tanklar və zirehli texnika – FOTOLAR
28 Sentyabr 2016 / 15:22 / Baxış sayı: 966
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışı olub.

Azvision.az-a xəbər verir ki, sərgidə yüngül texnikalarla yanaşı ağır hərbi texnikalar da nümayiş olunur.
Azərbaycan istehsalı olan ağır texnikalar və zirehli offroderlər sərgi iştirakçılarının marağına səbəb olub. Qeyd edək ki, sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir.
Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər keçiriləcək.
Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə