Bakıda sosial şəbəkədə biabırçılıq: 500 AZN-lik şantaj -VİDEO
Bakıda sosial şəbəkədə biabırçılıq: 500 AZN-lik şantaj -VİDEO
27 Sentyabr 2016 / 13:14 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sosial şəbəkədə qadınları şantaj edən dəstə peydah olub. Belə bir hadisədən zərər çəkən şəxs bu gün“Xəzər Xəbər”ə danışıb. Söhbət əsnasında həmin şəxs gənc qadını işlə təmin edəcəyini deyib görüşə dəvət edib. Bir neçə gün virtual danışıqdan sonra gənc qadın həmin şəxslə görüşüb.
Təxminən 35-40 yaşlı həmin şəxs qadının şəkillərini əldə etdikdən sonra onu sosial şəbəkədə paylaşaracaqını deyib pul istəyib. Fidan Əliyeva qohum-tanış arasında rüsvay olacağından qorxub sosial şəbəkə cinayətkarına 500 manat pul verib ki, şəkilləri yaymasın.

 

Qadının dediyi kimi, o belə faktlara bir neçə şəxsə qarşı törətsədə çoxu qorxudan polisə və ya ailəsinə demir. Məsələ sosial şəbəkə üzərindən törədilmiş cinayətləri aktuallaşdırır. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Labirintdən çıxış” adlı layihə hazırlayır ki, məqsəd sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Zeynalova gənc qadınlara sosial şəbəkədən istifadə edərkən gizlilik prinsipinə əməl etmələrini və dostluq təklifi gələrkən həmin şəxsi tanıyıb tanımamasına diqqət etmələrini tövsiyyə edir.


Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə