Bakıda səhvən xərçəng diaqnozu qoyulan qadın haqda həkim danışdı — VİDEO
Bakıda səhvən xərçəng diaqnozu qoyulan qadın haqda həkim danışdı — VİDEO
26 Noyabr 2016 / 9:54 / Baxış sayı: 748
Font1 Font2 Font3 Font4
Bizimxeber

Həkim xəstənin öd yolunda olan qurdu, bədxassəli şişə bənzədib xərçəng diaqnozu qoydu.

Bizimxeber.az xezerxeber.com-a istinadən bildirir ki, 56 yaşlı xəstə Səidə Mehdiyeva ağrılar səbəbi ilə həkimə müraicət etdikdə onun öd yolunda bədxassəli şişin olduqu bildirilib.
Səhv diaqnoz qoyulan xəstənin qohumları hətta əməliyyat üçün Türkiyəyə getməyədə hazırlaşırmışlar. Sonda edilən daha bir müayinə isə xəstənin əsl problemini ortaya çıxarıb.
Qadının öd yolunda aşkarlanan parazit insanlarda nadir hallarda görülsə də, müalicəsi üçün hər hansı əməliyyata yox, bir kurs müalicəyə ehtiyyac var və həmin müalicədə uğurla həyata keçirilib. Həkimin sözlərinə görə isə, dəqiqləşdirmədən xərçəng kimi ağır xəstəlik barədə pasientə və onun qohumlarına yanlış məlumat vermək, onlarda pisixoloji sıxıntı yarada bilər. Bu hal isə digər xəstəliklərin yaranmasına yol açır.
Hüquqşünaslar isə bildirir ki, xəstəyə səhv diaqnozun qoyulması qanunvericilikdə cinayət tərkibli hal kimi nəzərdə tutulmayıb. Amma buna baxmayaraq həkim səhvinə və bundan yaranacaq fəsadlara görə cavab verməlidir.
Qanunvericiliyə görə yalnız həkimin səhv diaqnozu və müalicəsi nəticəsində xəstə dünyasını dəyişərsə həkim qarşı cinayət işi açıla və o məsuliyyətə cəlb edilə bilər.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə