Bakıda səfirlik avtomobili qəzaya uğradı: yaralılar var
Bakıda səfirlik avtomobili qəzaya uğradı: yaralılar var
28 İyul 2016 / 16:57 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb. Lent.az Report-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi “Hyundai” markalı avtomobil ilə toqquşub. 

Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə