Bakıda Rusiya vətəndaşı olan erməni casusu tutulub?
Bakıda Rusiya vətəndaşı olan erməni casusu tutulub?
27 İyul 2016 / 15:45 / Baxış sayı: 1180
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sosial şəbəkələrdə Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun saxlanılması barədə məlumat və şərhlərin yayılması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, iyunun 23-də səfirliyə Azərbaycan XİN-dən nota daxil olub. Notada deyilir ki, iyunun 9-da Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə – iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

Bir neçə gün sonra saxlanılanın bacısı olduğunu deyən M.V.Mirzoyan səfirliyə müraciət edib və bilidirib ki, əsl soyadı Qalustyan olan qardaşı casusluq şübhəsi ilə saxlanılıb.

Səfirlik müvafiq izahat almaq üçün Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib. Həmçinin iyulun 5-də Azərbaycan XİN-ə rəsmi nota göndərilib.

Səfirlik müvafiq izahatlar almaq və saxlanılanla görüşmək üçün Azərbaycan tərəfi ilə işi davam etdirir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə