Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bakıda qadın sürücü ağır qəzaya səbəb olu – 2 nəfər xəsarət aldı ( VİDEO)

1190 oxunma | Tarix: | 3 həftə öncə

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. Bizimxeber.az APA TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsi, 17 ünvanında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əzizova Rəhimə Zamiq qızı idarə etdiyi “KİA” markalı avtomobillə yol kəsişməsində hərəkətdə olan “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, bu zaman işıqfor işləməyib.

XƏBƏRLƏR:  Bakıda FACİƏ: 7-ci sinifdə oxuyan qız qəfil öldü - FOTOLAR

Qəza nəticəsində R.Əzizova və “Nissan”ın sürücüsü, 1991-ci il təvəllüdlü Səmədov Behzad Qubad oğlu xəsarət alaraq 1 saylı şəhər xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir