Bakıda qadın polis qəza törətdi – 3 yaralı
Bakıda qadın polis qəza törətdi – 3 yaralı
30 Noyabr 2016 / 17:17 / Baxış sayı: 1264
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.

“Report”un xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Digər xəsarət alan iki nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə