Bakıda polis rəisinin “Toyota Land Cruiser”i qəzaya düşdü – FOTOLAR
Bakıda polis rəisinin “Toyota Land Cruiser”i qəzaya düşdü – FOTOLAR
12 Avqust 2016 / 20:26 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. Azvision.az xəbər verir ki, qəza rayonunu Dadaş Bünyadzadə küçəsində qeydə alınıb. 
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet aveo” markalı avtomobil “Toyota Land Cruiser” markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, “Toyota Land Cruiser” markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
Bizimxeber.az
 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə