Bakıda orta məktəbin ərazisində UÇQUN – DİREKTORDAN AÇIQLAMA
Bakıda orta məktəbin ərazisində UÇQUN – DİREKTORDAN AÇIQLAMA
19 Oktyabr 2016 / 11:37 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

48 saylı orta məktəbin ərazisində baş vermiş torpaq uçqunu məktəb binasına hər hansı ziyan vurmayıb. Bu barədə açıqlamasında məktəbin direktoru Şahismayıl Rüstəmov bildirib. O qeyd edib ki, uçqun məktəb binasından xeyli aralıda baş verib və stadionun kənarında bir neçə metrlik ərazini əhatə edib: “Hadisə gecə saatlarında baş verib. Yağışın təsiri ilə torpaq uçqunu olub, hər hansı xəsarət və ya maddi ziyan yoxdur”.

Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub. Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.

R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: “İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə