Bakıda nurçulara qarşı ƏMƏLİYYAT
Bakıda nurçulara qarşı ƏMƏLİYYAT
24 Oktyabr 2016 / 10:45 / Baxış sayı: 1510
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda nurçulara qarşı əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan  15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb. Məlumata görə, evində axtarış aparılan şəxslər nurçuluğu təbliğ edirmiş.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə