Bakıda nişanlı cütlüyün qarajda meyiti tapıldı
Bakıda nişanlı cütlüyün qarajda meyiti tapıldı
10 Oktyabr 2016 / 18:09 / Baxış sayı: 960
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyiti tapılıb. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb. İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ ki, müəyyən edilməyib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə