Bakıda kriminal avtoriteti itlərə yem etdilər – FOTOLAR
Bakıda kriminal avtoriteti itlərə yem etdilər – FOTOLAR
14 Oktyabr 2016 / 17:32 / Baxış sayı: 1420
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.

Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. APA-nın əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə “05 уголовный кодекс” döyməsi var.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən də onun kimliyi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq, Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.

Hazırda meyiti tapılan şəxsin kimliyinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, ötən gün paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə